Maduroya qarşı sanksiyabackend

Maduroya qarşı sanksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar Venesuelada demokratiyanın pisləşməsinə cavabdeh olan insanlara qarşı tətbiq edilir. Ümumilikdə, cəza tədbirləri 40 Venesuela vətəndaşına şamil edilib.

İlyulun 31-də ABŞ hökuməti i Nikolas Maduroya qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulub, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.

İnterpress.az