Elgiz Əkbər kanaldan qovulub – Qalmaqala səbəb 6 yaşlı Nuray olubbackend

Elgiz Əkbər kanaldan qovulub – Qalmaqala səbəb 6 yaşlı Nuray olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, buna səbəb sözü gedən kanalda \”Səhər səhər” verilişində Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli arasında toylarda, el şənliklərində çıxış edən 6 yaşlı Nuray Rəhmana görə mübahisə yaranıb. Vasif Akifli azyaşlı uşağın məclislərdə iştirakının yolverilməz olduğunu deyib və bunu uşaq əməyinin istismarı adlandırıb. Lakin verilişin aparıcısı Elgiz Əkbər bu fikrə etiraz edib və Nurayı müdafiə edib. Yaranan mübahisə zəminində aparıcı Vasif Akiflinin ünvanına təhqiredici ifadələr işlədib. Bundan sonra Vasif Akifli studiyanı tərk edib.

Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib: “Uşaq hüquqları ilə bağlı müzakirə idi. Əlbəttə ki, mən orada uşaq hüquqlarından danışa bilərdim. Efirdə olan qonaqlardan birinin haqqında müzakirə oldu. Sözümüz onunla uyğunlaşmadı. Mövzu əsasında mübahisə yarandı. Nəticədə Elgiz mənim ünvanına xoşagəlməz ifadələr işlətdi və mən də onun cavabını verdim”.

Vasif Akifli qeyd edib ki, verilişdən sonra ARB kanalından ona zəng olunub: “Məndən sonra keçirilən iclas kanaldaxili bir qərardır. Eşitdiyimə görə onu işdən uzaqlaşdırıblar”.

İnterpress.az