Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaqbackend

Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib.

O, bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

“Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsini morq xidməti həyata keçirəcək”.

Şahnaz Şahbazova qeyd edib ki, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

“Lütfi Zadənin nəşi Heydər məscidinə aparılacaq və orada cənazə namazı qılınacaq. Daha sonra onunla Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

İnterpress.az