Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”backend

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə ərazi bütövlüyünə, vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan hər hansı macəraya imkan verməyəcək: “Bu məsələ kürd qardaşlarımızın məsələsi deyil. Kürd qardaşlarımızın həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə sülh, sabitlik içərisində yaşamalarını arzu edirik”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Türkiyə bu referendumun dayandırılmasını tələb edərək əks təqdirdə buna qarşı lazımi addımlar atacağını bəyan edib.

İnterpress.az