Şumayxer müalicə üçün ABŞ-a aparılırbackend

Şumayxer müalicə üçün ABŞ-a aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ölkə.Az\”-a istinadən xəbər verir ki, İsveç mətbuatı Şumayxerin ABŞ-a aparılacağını bildirib. İddiaya əsasən, idmançı Amerikada beyin zədələri sahəsində ixtisaslaşmış bir mərkəzdə müalicə olunacaq.

48 yaşlı idmançı İsveçrədə, Cenevrə gölünün sahilindəki evində müalicə olunur. Ailəsi isə idmançı haqqında yeni qərar qəbul edib. Onun həyat yoldaşı Korinna beyin zədələri üzrə ixtisaslaşan bir mərkəz tapıb və ərini müalicə üçün Amerikaya aparacaq. Avropada belə bir mərkəz olmadığı üçün Şumayxer ailəsi Texasdakı fermasına köçəcək.

İnterpress.az