Əflatun Amaşov açıqlama verdibackend

Əflatun Amaşov açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, monitorinq Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilib.

“Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu Milli Şuranın bu gün Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb. Aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib”, – deyə Ə.Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, şura tərəfindən mitinqdə iştirak edən bəzi jurnalistlərə tövsiyələr verilib: “Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib”.

İnterpress.az