Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılarbackend

Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirilən mitinqlə bağlı yaydığı məlumatda bildirib ki, toplantıda cəmi 1500 insan iştirak edib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib”.

Sosial şəbəkələrdə isə mitinq və onun təşkilatçıları sərt tənqid ediliblər. Bildirilib ki, mitinqə gələnlərin çoxu xüsusi maraq qarşılığında orada iştirak edib. Hətta müxalifət nümayəndələri də mitinqin keçirilməsində müəyyən qüsurlar olduğunu etiraf ediblər. Siyasi şərhçilər də məsələyə birmənalı yanaşmırlar.

Politoloq Qabil Hüseynli “Ölkə.Az”a açıqlamasında bildirib ki, mitinqin təşkilində böyük problemlər olub. Onun sözlərinə görə, müxalifət liderləri birləşmək əvəzinə, hərə öz mənafeyinə uyğun hərəkət edir.

Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılar

“Mən rəsmi statistikaya inanıram. Düşünürəm ki, mitinqə gələn adamlar əvvəlcədən vəd edilən qədər olmayıb. Doğurdan da, bu gün müxalifətin inteqrasiyasına ehtiyac var. Çünki müxalifət gücünü birləşdirsə, ortaya daha böyük göstərici qoya bilərdi. Bu nöqteyi nəzərdən, pərakəndə, dağınıq müxalifət, siyasi rəhbərlərin ambisiyaları ehtiyat bazanın dağılmasına səbəb olub. Yəqin ki, bundan sonra nəticə çaxararlar”, – deyə Qabil Hüseynli bildirib.

Müxalifət nümayəndəsi Pənah Hüseynli də düşünür ki, mitinqlərin təşkili zamanı birlik önəmlidir: “Əslində mitinq keçirtmək siyasi təşkilatların, fərdi şəxslərin hüququdur. Lakin mən prinsipcə müxalifətin birgə mitinq keçirtməyinin tərəfdarıyam”.

Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılar

Politoloq, Milli Məclisin deputatı Araz Əlizadə isə “Ölkə.Az”a açıqlamasında bildirib ki, ölkədə müxalifət yox, bir sıra insanları aldadan şəxslər var. Onun sözlərinə görə, camaatın arasında onlara inam yoxdur: “Zorla insanlara nəyisə yedirtmək mümkün deyil. Bu insanlar həmin adamlardır ki, 1988-ci ilin meydanında camaatın başını divara vurdular. 90-cı illərdə insanları qırğına verdilər, 92-ci ildə dövlət çevrilişilə hakimiyyətə gəldilər. 93-cü ildə xalqı vətəndaş müharibəsi qarşısında qoyub qaçdılar. 2003-cü ildə camaatı çölə çıxarıb, özləri qaçıb gizləndilər. Bu yerdə “yalançı çoban” məsələsi yada düşür. İnsanları nə qədər aldatmaq olar? Burada günahkar təkcə özləridir. Həmin insanlar nə təmizlənir, nə də tövbə edirlər”.

Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılar

Məsələ ilə əlaqədar politoloq Elçin Mirzəbəyli “Ölkə.Az”a açıqlamasında bildirib ki, Milli Şura adlanan qurum Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməyən qüvvələrin layihəsidir: Onun sözlərinə görə, bu baxımdan özünə, dövlətinə, bayrağına sayğı duyan, milli qüruru olan heç bir kəs bu layihənin iştirakçısı olmaq istəməz.

“Bu baxımdan adıçəkilən qurumun növbəti mitinqinin də fiaskoya uğraması təəccüblü deyil. Radikal düşərgə uzun illərdir ki, ideoloji boşluq yaşayır. Aqressiya, kin elektoratı minimuma enən bu düşərgənin liderlərinin gözünü elə qapayıb ki, şeytanla belə əməkdaşlıq etməyə hazırdılar. Necə ki, edirlər. Azərbaycanın konstitusion dövlət quruluşuna qarşı çıxış edən qüvvələrlə əməkdaşlıq bu düşərgənin liderlərinin gerçək mahiyyətini ortaya qoyur. Mitinqdə ermənipərəst qüvvələrin, işğalçı Ermənisranın maraqlarına, silahlı qüvvələrimizin döyüş qabiliyyətinin üzərinə kölgə salınmasına xidmət edən iddiaların dilə gətirilməsi də bunu sübuta yetirir. Görünür Ermənistanın qatil prezidentinin BMT Baş Assambleyasında susdurulması Milli Şuranın başbilənlərini narahat edib. Mitinqdəki çıxışlardan da belə anlaşıldı ki, aksiya Sarkisyanın müdafiəsinə həsr olunub”, – deyə Elçin Mirzəbəyli bildirib.

Politoloqlar Milli Şuranın sönük mitinqindən danışdılar

İnterpress.az