Almaniyada parlament seçkiləri keçirilirbackend

Almaniyada parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılacaq, səsvermə saat 18.00-da başa çatacaq.

Seçkidə 42 partiya 61,2 milyon seçicinin səsi uğrunda mübarizə aparacaq. Sosioloji rəy sorğularına əsasən hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 36-37 faiz Sosial Demokrat Partiyası 20-23 faiz, Almaniya üçün Alternativ Partiyası 9-12 faiz, Azad Demokratik Partiya 9-11 faiz, Sol Partiya 8,5-11 faiz, Yaşıllar Partiyası 7-8 faiz səs toplayacaq.

İnterpress.az