Merkel, 4-ci dəfə Baş Nazir kreslosuna oturmağa çox yaxınbackend

Merkel, 4-ci dəfə Baş Nazir kreslosuna oturmağa çox yaxın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə Almaniyanın deyil, Avropanın da maraqla gözlədiyi yarışda Baş Nazir Angela Merkel, dördüncü dəfə baş nazir kreslosuna oturmağa çox yaxındır.
61,5 milyon seçici, yeni məclisi müəyyənləşdirmək üçün səs verməyə hazırlaşır.
Sorğulara gəlincə, Merkelin rəhbərliyindəki Xristian Demokratlar 34 faiz səs nisbəti ilə öndə gedir. Ancaq bu səs faizi Merkelə tək başına iqtidar olmaq üçün çatmır. Yəni Almaniyada üfüqdə bir koalisiya var.
Xristian Demokratları, Martin Şults rəhbərliyindəki Sosial Demokrat Partiyanı izləyir. Sosial Demokratlar 21 faiz səsə sahib. Bu İkinci Dünya Müharibəsindən bu yana ən aşağı nisbət. Üstəlik, Merkel ilə koalisiyaya da isti baxmırlar.
Hər bir halda seçki nəticəsində ilk iki yerə girəcək partiyalar müəyyən edilib. Əsas rəqabət üçüncü yer üçün durur.
Bunun üçün də immiqrant əleyhdarı \”Almaniya üçün Alternativ\” partiyası yüzdə 13 səsə sahib. Onu Sol Partiya, Liberal Demokratlar və Yaşıllar izləyir.

İnterpress.az