Sergey Lavrov: “ABŞ Şimali Koreyanı vurmaz”backend

Sergey Lavrov: “ABŞ Şimali Koreyanı vurmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, НТВ kanalına verdiyi açıqlamada Lavrov,\” Vaşinqton rəhbərliyi Şimali Koreyanı vurmaz. Çünki Pyongyangın nüvə silahına sahib olmasından şübhələnmirlər, bundan əmindirlər\”- dedi.

Rus Xarici İşlər Naziri, \”Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın digər ölkələrlə bağlı nüvə qüvvələrini tamamilə bilməyəcəyini dəfələrlə qeyd etdiyini\” də sözlərinə əlavə edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ötən həftə BMT-nin 72-ci Baş Məclisində \”Koreya Yarımadasında müharibə açılması qəbul edilməz. Qəzəbi yatırmaq məcburiyyətindəyik\” -iİfadələrini istifadə etmiş, ABŞ Prezidenti Donald Trumpın BMT Təhlükəsizlik Şurasına müraciətində, \”Şimali Koreyanı tamamilə məhv edərik\” açıqlaması ilə iki ölkə arasında artan gərginliyə qarşı suala Lavrov, \”Qarşılıqlı davam edən təhdidlər və Koreya Yarımadasında müharibə açılması qəbul edilməz. Qəzəbi yatırmaq məcburiyyətindəyik\”- cavabını vermişdi.

Lavrov \” Trump və Şimali Koreya lideri Kim Jongun qarşılıqlı hədələyici ritorikasını uşaq bağçası və uşaqların davası\” kimi səciyyələndirmişdi.

Vasitəçi səylərini məmnuniyyətlə qarşılayacaqlarını qeyd edən Lavrov, bəzi tərəfsiz Avropa ölkələrinin Şimali Koreya böhranında vasitəçilik rolu oynayacağını ifadə edib.

İnterpress.az