Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə stadiona girdi!backend

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə stadiona girdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Reutersın xəbərinə görə, paytaxt Ər-Riyaddakı Kral Fəhd Stadionunda keçirilən tədbirə qatılan qadınlar, kişilərdən ayrı oturdulub. Stadionda tamaşaçılarla görüşən şouda bir qadın və bir qrup qız uşağı da yer alıb.

Şənliklərdə iştirak edənlərdən olan 25 yaşlı Sultana, \”Həyatımda ilk dəfə bir stadiona gəldim. Hazırda özümü bu cəmiyyətə aid hiss edirəm. Ümid edirəm ki, qadınlara başqa icazələr də veriləcək. Məsələn, avtomobil istifadə etmə və səyahət icazəsi\”.
Tədbiri izləmək üçün min kilometr məsafədəki Tabuktan paytaxta gedən Ümidvar Abdülrahim el-Şihri də gələcəkdə qadınların futbol matçlarını izləmək üçün stadiona girməsini ümid etdiyini dilə gətirərkən \”Qadınlar artıq hər yerdə. Hətta Şura sədri kimi xalqı təmsil edə bilirlər. Nə üçün ölkəmizi maraqlandıran məsələlərdə kişilərə qatılmayaq ki\”? -dedi.

Səudiyyə Ərəbistanında qadınların avtomobil istifadə edilməsinə, həyat yoldaşları və ya ailələrindəki kişi üzvlərinin icazəsi olmadan xaricə səyahət etməsi qadağandır. Qeyd edək ki, hal-hazırda qadınların hüquqlarının yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Mərasimdə xanımı və uşaqlarıyla iştirak edən İssa Daghiri, stadionda 40 min tamaşaçının olduğunu bildirib və \”Ümid Edirəm Ki, bu daha gözəl fürsətlərin gəlməsinə vəsilə olacaq. Ölkəmiz, ötən ilə baxanda daha irəli gedir\”-dedi.

Qeyd edək ki, Milli Qurtuluş Günü çərçivəsində 1,5 milyona yaxın vətəndaş, 17 şəhərdə bir neçə gündür ki, tədbirlər həyata keçirir.

İnterpress.az