“Əli Kərimlinin təşkil etdiyi mitinq sadəcə biabırçılıqdır” – Rəsul Quliyevbackend

“Əli Kərimlinin təşkil etdiyi mitinq sadəcə biabırçılıqdır” – Rəsul Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, R.Quliyevin sözlərinə görə, Əli Kərimlinin təşkil etdiyi mitinq sadəcə biabırçılıqdır.

“On min üzvümüz var” deyələrin mitinqinə \”öz üzvlərinin\” maksimum 10 faizi gəlir və onlar da meydanda 45 dəqiqə səbr edirlər. Sonra dağılışmağa başlayırlar. Mitinqin sonuna heç 150-200 nəfər qalmır. Meydana gələnləri “Milli Şura” adı altında xalq cəbhəsi təşkil edir. Bu insanların bu səviyyədə, katastrofik biabrçılıqla məşğul olması faciədir.

Orada edilən çıxışlara qulaq asmaq mümkün deyil. Pafoslu danışmaqdan başqa heç nəyi bacarmayan dırnaqarası qəhrəmanlar insanlara ümid verə biləcək, inandıracaq real cümlə belə tapıb deyə bilmirlər”.

R.Quliyev vurğulayıb ki, müxalifətdə xalqı arxasınca apara bilən nə partiya, nə də lider var. (AzVision.az)

İnterpress.az