Bərzani referendum qərarını açıqlayıb: Referenduma gedirik!backend

Bərzani referendum qərarını açıqlayıb: Referenduma gedirik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (İKBY) Başçısı Məsud Bərzani, Ərbilin Səlahəddin qəsəbəsində bəyanat verib.

Bərzaninin açıqlaması:

\”İraq hazırda demokratik deyil, məzhəbi bir dövlətdir. Bağdad rəhbərliylə çıxış etməyə çalışdıq. Onlar bizim qonşumuz, qardaşımız. Onlarla mübahisəmiz məntiqli deyil. Yeni formullar tapmağa çalışmışıq, amma referenduma gedirik\”.

Bərzani, \”Ancaq müstəqillik ilə təhlükəsizliyimizi bilərik. Biz, referendumdan sonra Bağdadla danışıqlar aparacayıq. Ancaq Bağdad ilə artıq tərəfdaşlığı müzakirə etmirik. Bağdada 1-2 il lazım olan vaxtı verməyə hazırıq. Heç vaxt uğursuz tərəfdaşlığı aparmaq üçün Bağdada geri getməyəcəyik. Bundan sonra Bağdad ilə dialoqumuz iki yaxşı qonşu olmaq əsnasında olacaq\”- ifadələrini işlədərkən \”İran və Türkiyə ilə dostuq. Onlara dostluq əlimizi uzadırıq. İran və Türkiyə dostluğu rədd etsə də biz onlara dostluq əlimizi uzatmağa davam edirik\” ifadələrini istifadə etdi.

Referenduma yalnız İsrail dəstək verərkən, ABŞ başda olmaqla Rusiya, Fransa, İngiltərə, Almaniya, Türkiyə və digər ölkələr qarşı çıxıb ləğv edilməsini istədiyini açıqlamışdı.

İnterpress.az