İraq Kürdistanında referendum başladıbackend

İraq Kürdistanında referendum başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədəki bütün dövlətlərin etirazına baxmayaraq, Şimali İraq Kürd Muxtariyyatı müstəqillik üçün referenduma səhər saatlarında start verib.

Yerli vaxtla 08:00-da referendum başlayıb. Ərbildə bayram abu-havası hökm sürür. Artıq seçicilər məntəqələrə axışmağa başlayıblar.

Türkiyə Böyük Millət Məclisi isə \”sərhəd xaricində əməliyyat\” barədə qanun qəbul edib. Türkiyə ordusu sərhəd xəttində manevr edərək savaş mövqeyinə keçib.

İran isə dünən Şimali İraq sərhədindəki terrorçu mövqelərinə zərbələr endirib. İranın XİN rəhbəri isə açıqlama verərək \”referendumu tanımırıq, yox hökmündədir\”-deyib.

İnterpress.az