İran XİN: Kürdüstan Muxtariyyəti ilə hava əlaqəsini İraqın istəyi ilə kəsdikbackend

İran XİN: Kürdüstan Muxtariyyəti ilə hava əlaqəsini İraqın istəyi ilə kəsdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasimi deyib.

B. Qasimi bildirib ki, Tehran İraqın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır: “Bizim mövqeyimiz tamamilə şəffafdır. İraq dövlətinin ərazi bütövlüyünün və təhlükəsizliyinin əleyhinə olan hər bir addım səhv və düşünülməmiş addımdır. Bu, bəzi hadisələrə və dəyişikliklərə səbəb ola bilər ki, bu da region xalqları və həmişə xeyirlərini istədiyimiz, hər sahədə yardım etdiyimiz kürd xalqına təsir göstərə bilər”.

B. Qasimi İraq Kürdüstanı sərhədlərinin İran tərəfindən bombalanması xəbərinə də münasibət bildirib və deyib ki, Qərb mediası tərəfindən yayılan bu xəbərlər yanlışdır: “Bu, İraq Kürdüstanında referendum öncəsi təbliğat məqsədilə yayımlanmış xəbər idi”.

İnterpress.az