Darçınlı süd – yağları əridirbackend

Darçınlı süd – yağları əridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çəki alan kəslərdə yağlanılmanın göbək və bel bölgəsində meydana gəlməyə başladığını izah edən mütəxəssis diyetisyenlərin fikrincə, az yağlı bir pəhriz tətbiq edən adama xüsusi bəslənmə proqramında, gündə 2 stəkan süd istehlak yağ yandırılması üçün kafi olur. Mütəxəssislər tərəfindən edilən araşdırmalarda, südün içindəki kalsiumun bədəndəki yağlanılmağı azaldaraq çəkiyə nəzarəti təmin etməyə köməkçi olduğu sübut edilmişdir. Süd, ehtiva etdiyi keyfiyyətli zülal və lioneik turşu kimi yağ molekulları ilə kilo idarəsinə köməkçi olur. Güclü sümüklər üçün birə-bir dərmandır.

Mineral baxımından son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium qaynağıdır. 1 litr südün içində olan kalsium; 10 kilo ət, 5.2 çörək, 12,6 kilo kartof, 17 kiloqram alma, 3,2 kilo kahı ya da 2,4 kiloqram kökdə olan kalsiuma bərabər olur. Bu səbəblə sağlam sümüklər üçün süd içməyimiz şərtdir. Maddələr mübadiləsini sürətləndirir, qarın nahiyyəsində piyləri əritməyə kömək edir.Darçının bilinən ən köhnə ədviyyatların başında gəldiyini söyləyə bilərik. Bu ədviyyat ümumiyyətlə dadlandırıcı olaraq istifadə edilir. Xaricdə edilən araşdırmalarda göstərir ki, 6 həftə boyunca bir çay qaşığının dörddə biri qədər darçın istehlak etmək, qandakı qlükoza miqdarını və kolestrolü azaldır. Ayrıca şəkəri metabolize etmə qabiliyyətinizi də artırır. Şəkər xəstələri üçün faydalı olan darçın, maddələr mübadiləsini sürətləndirər və kilo verilməsinə köməkçi olur. Yağ toxumalarını asan əridir.Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün darçın olduqca təsirlidir. Darçının içərisindəki fermentlər, qarın bölgəsindəki qan damarlarını xəbərdar edərək xüsusilə qarın zəifləməsi və göbək əritmə müddətini sürətləndirir. Arıqlamağa kömək edən iki qidanı birlikdə istifadə etdikdə 1 ayda 4 kilo arıqlamaq mümkündür.1 stəkan südə yarım çay qaşığı darçın əlavə edib yaxşıca qarışdırın. Bu qarışımı axşamlar və yatmadan 3 saat öncə olmaqla gündə 2 stəkan içmək kifayətdir. Az yağlı süddən istifadə etsəniz, daha yaxşı olar.

İnterpress.az