Qırışları yox edən möcüzəli heyva tumubackend

Qırışları yox edən möcüzəli heyva tumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idi. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.

Heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir.

Qırışlar üçün maska

Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.

Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.

Solğun və qırışmış dəri üçün heyva maskası

Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.

Yağlı dəri üçün heyva suyu

Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.

Təmizləyici heyva maskası

1 heyvanı ürtgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.

Yağlı saçlara heyva maskası

30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Qarışığı soyuducuda saxlaya bilərsiniz.

Qırışları yox edən möcüzəli heyva tumu

1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.

İnterpress.az