Britaniya mətbuatı: İngilis politoloq: “Kürdüstanın müstəqilliyi Qərb üçün xeyirlidir”backend

Britaniya mətbuatı: İngilis politoloq: “Kürdüstanın müstəqilliyi Qərb üçün xeyirlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The Independent\” qəzetində xüsusilə də gənc politoloqlar arasında populyar olan TalkPolitics portalının direktoru Matt Gillow yazır ki, o heç də dünyanın hər yerində addımbaşı müstəqillik hərəkatlarının dəstəklənməsinə tərəfdar deyil, lakin Kürdüstan məxsusi bir haldır.
Gillow yazır ki, buna səbəb heç də o deyil ki, kürdlər dünyada öz dövlətləri olmayan ən boyük etnik azlıqdır. Onun fikrincə, kürdlər bu müstəqillik haqqını özləri qazanıblar, çünki son 100 ildə onlara hər dönəmdə zülm ediblər.

\”Uzun sözün qısası budur ki, kürd dövlətçilyi, təkcə kürdlər üçün yox, həm də Qərb üçün yaxşı bir nəticə olardı\” – deyilir məqalədə.
Gillow-un fikrincə, Kürdüstanın müstəqilliyini sual altında qoymağın özü kədəli bir haldır. O sual edir ki, Qərb niyə Kürdüstanın müstəqılliyini dəstəkləməlidir?
\”Ona görə ki, bu ən realist yoldur\” – yazır politoloq.
\”Bizim bu regionda əlimizi farağat saxlamağı öyrəndiyimiz bir vaxtda niyə də axmaqlıq edib bu məsələyə qarışmalıyıq? Məgər Bağdad, İran və Türkiyənin İraq Kürdüstanına qarşı çıxdıqları bir vaxtda ABŞ və Avropanın da onlara qoşulması sadəlövhlük deyilmi?\” – deyə sual edir politoloq.

Məqalədə deyilir ki, kürdlər sentyabrın 25-də gözlənildiyi kimi mütəqilliyə səs versələr, Qərb bu nəticənin təsdiqlənməsinə çalışmalıdır.
Gillow yazır ki, Britaniya artıq bir dəfə, Birinci Dünya Müharibəsindən sonra kürdlərə verdiyi sözə xəyanət edib. O vaxt London kürdlərə onların dəstəyi müqabilində müstəqil dövlət vəd etmişdi, lakin əvəzində Yaxın Şərqdə sülh üçün fəlakətli olan Sykes-Picot razılaşmasına getdi.

İsrail kimi

Müəllif qeyd edir ki, Kürdüstan bu düşmən regionda Qərbin etibarlı müttəfiqi olacaq, üstəlik onun Rusiyadan enerji asılılığını azaldacaq. Məqalədə deyilir ki, burada söhbət həm də demokratik dəyərlərə hörmətdən gedir.
\”Mən deməzdim ki, İsrail stabillik sütunudur, lakin o inkaredilməz bir şəkildə insan haqları və demokratiyaya hörmətin parlaq nümunəsidir. Demokratik, qərbpərəst Kürdüstan da belə olacaq\” – yazır müəllif.
Onun qənaətinə görə, artıq indinin özündə, əsrlərlə sürən təqib və mübarizələrə baxmayaraq Kürdüstanda bütün Yaxın Şərqdən fərqli olaraq qadınlar və kişilər bərabərdir. İraqın şimalındakı muxtar, yarımmüstəqil kürd regionu ən dinc ərazidir. Orada münaqişənin olmaması investisiyaların axınına yol açıb.

Politoloq yazır ki, məhz burada, İraq Kürdüstanında Qərb keçmişin qanlı tarixindən dərs almalıdır.
\”Axı ən azı neft məsələsini nəzərə almamaq sadəlövhlük olardı. Əslində Barack Obama-nın İraqın köməyinə gəlməsinə əsas səbəb Ərbilin müdafiəsi idi. O vaxt Obama demişdi: \”Kürdüstan bir çox mənalarda bizim görmək istədiyimiz bir şəkildə funksionaldır…Biz düşünürük ki, bu ərazini qorumaq lazımdır\”.

İndi kürdlərin zamanıdır
Gillow-un sözlərinə görə Kürdüstanın müstəqilliyi, hətta muxtariyyəti dünyanın neft bazarlarını genişləndirərdi. Bu, Rusiyanın enerji ehtiyatlarından aşırı asılı olan Qərb üçün çox yaxşı xəbər olardı. Qərblə ticarət müstəqil Kürdüstana nəhəng iqtisadi mənfəət gətirərdi.
Məqalədə deyilir ki, hazırda Britaniya hökumətinin rəsmi siyasəti İraq və onun muxtar kürd regionunun konfederasiyasına çalışmaqdır. Hökumət bu istiqamətdə səylərini artırmalıdır.
\”Amma ən çox gözlənilən budur ki, bu tarixi səsvermədə kürdlər tam müstəqilliyə səs verəcəklər. Bu halda qarşılıqlı firavanlıq naminə Britaniya bu referendemun nəticəsini dəstəkləməlidir. İndi kürdlərin zamanıdır\” – yazır Matt Gillow. (bbc)

İnterpress.az