ABŞ kürd referendumunu dəstəkləmirbackend

ABŞ kürd referendumunu dəstəkləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə rəsmi Vaşinqton məlumat yayıb. Ağ Evdən verilən açıqlamaya görə, Amerika İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Referendumun nəticələri hesablanan vaxtı verilən açıqlamada bildirilib ki, ABŞ hər zaman İraqın ərazi bütövlüyünü dəstəkləyəcək.

“İraq dövlətinin ərazi bütövlüyünü dəstəkləyirik”, – deyə açıqlama verilib.

Qeyd edək ki, bu gün Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib.

İnterpress.az