Bərzaninin xanımı referanduma “damğa” vurdu – FOTObackend

Bərzaninin xanımı referanduma “damğa” vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın şimalında müstəqil kürd dövləti qurmaq istəyən Məsud Bərzaninin, başda Türkiyə olmaq üzrə İran və İraqın tələblərini görməməzlikdən gələrək aldığı qərar istiqamətində referendum keçirildi.
Səs vermək üçün Erbildə sandıq başına gedən İKBY Baş naziri Neçirvan Bərzani, ailəsiylə poza verdi. Bu əsnada Neçirvan Bərzaninin yoldaşı Nebila Məsud Bərzanidəki dəyişmə diqqətlərdən qaçmadı.

Bərzani ailəsi dəyişirmi?

Şeyx və mühafizəkar ailə strukturları ilə tanınan Bərzani ailəsinin qadınları, ənənəvi örtülü paltarlarda geyinərlərdi. Ancaq Bərzaninin yoldaşı Nebila Bərzaninin səs verməyə qara paltarı və başında çadra olmadan gəlməsi \”Bərzani ailəsi dəyişir\” – şərhinə səbəb oldu.

Bərzaninin xanımı referanduma "damğa" vurdu - FOTO

Bərzaninin xanımı referanduma "damğa" vurdu - FOTO

İnterpress.az