Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcəkbackend

Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın baş naziri Heydər əl-Abadi bəyanət verib:

“Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, deyə baş nazir bildirib. Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.

İnterpress.az