Ərdoğan: “Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar”backend

Ərdoğan: “Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyənin gücü bütün təhdidlərə qarşı mübarizə aparmağa yetərlidir: “Bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu yol da bağlansa, o halda əlimizdəki imkanlardan istifadə üçün tərəddüd etməyəcəyik. Bizim kifayət qədər gücümüzün olduğunu unutmasınlar. İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər hazırda müzakirə edilir. Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu, sonu qaranlıq olan macəradan əl çəkər”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Səsverməyə 3305925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bildirib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.

İnterpress.az