Almaniya seçkiləri Türkiyə ilə əlaqələrə necə təsir edəcək?backend

Almaniya seçkiləri Türkiyə ilə əlaqələrə necə təsir edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərdən sonra iki böyük ticarət tərəfdaşının əlaqələrinin necə inkişaf edəcəyi müzakirə edilməkdədir.
Almaniya kansleri, Türkiyə ilə Gömrük İttifaqı sazişinin yenilənməsi ilə bağlı danışıqlara qarşı çıxıb. Angela Merkel, həmçinin deyib ki, Türkiyəyə üzvlüyə namizəd bir ölkə kimi ayrılan maliyyə yardımı kəsilməlidir.

Hazırda Almaniyada koalisiyaların müzakirəsi aparılır.
Lakin artıq belə görünür ki, 20,5 faiz səs toplamış sosial-demokratlar bu koalisiyada çox güman ki, təmsil olunmaya bilərlər, Berlindən BBC Türkcə üçün Özge Özdemir xəbər verir.
Onun göndərdiyi məlumatda deyilir ki, Merkel üçün koalisiya variantı Azad Demokrat Partiya (FDP) və Yaşıllar Partiyası ilə bir araya gəlmək ola bilər.

Berlində yaşayan siyasi icmalçı Kenan Kolat, Merkel-in başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı (CDU/CSU) FDP və yaşılların Türkiyə mövzusundakı fərqli mövqedə olduğunu vurğulayır.
Hərçənd ki, onları birləşdirən bir məqam var: Bu partiyalar Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmasını istəmir.

Almaniya seçkiləri Türkiyə ilə əlaqələrə necə təsir edəcək?

\”Merkel ağıllı kanslerdir. O, əlaqələrə son qoymaq istəməz. Amma Aİ daxilində Türkiyəyə üzv olmadan yeni bir status verilə biləcəyi müzakirə oluna bilər\”.
Kolatın sözlərinə görə, seçkilərdən sonra ikitərəfli münasibətlərin normallaşması gözlənilir.
\”Əlaqələr əvvəlcədən sərin bir şəkildə davam edəcək. Lakin prezident Erdoğan-ın da son dövrlərdə etdiyi mülayim şərhlər iki ölkənin bir-birinə möhtac olduğunu ortaya qoyur.\”
Berlində yaşayan siyasi icmalçı Safter Çınar isə Türkiyə mövzusunun seçki kampaniyasında həddən artıq müzakirə olunduğunu qeyd edir.

\”Merkel və Schulz ( SDP partiyasının lideri – red) arasında ən çox mübahisə edilən Türkiyə məsələsi oldu. Məgər Almaniyanın yeganə problemi Türkiyədirmi?\”.
O, hesab edir ki, seçkilərdən əvvəl türkiyə siyasətçilərinin Almaniyada seçicilərlə görüş riyakar siyasətin təzahürü idi.
Safter Çınara əsasən eyni xəttin seçkilərdən sonra davam etdiriləcəyini gözləmək olar. (bbc)

İnterpress.az