Fəzail Ağamalının oğlu piyadanı vurdu – YENİLƏNİBbackend

Fəzail Ağamalının oğlu piyadanı vurdu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı \”Qafqazinfo\” ilə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib: \”Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur ki oradadır. Yayılmış məlumat kökündən yalandır. Bu xəbəri yayan polis əməkdaşını da aidiyyəti qurumlara şikayət edəcəyik\”.

* * *

36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi \”Jeep\” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. ( report.az )

İnterpress.az