“Kataloniyada biz Qarabağın sədasını eşitdik”backend

“Kataloniyada biz Qarabağın sədasını eşitdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a millət vəkili Zahid Oruc İspaniyanın bölünməsi məsələsinə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, Kataloniya problemi öz fonunda Azərbaycanın zamanında yaşadığı milli problemləri bir daha gün işığına çıxartdı. Hər kəsi düşünməyə vadar etdi.

\”Ona görə də bizim diplomatlar fəal şəkildə daha uca səslə qeyd edirlər ki, münaqişələrin həlli vacibdir və biz bunu bir daha Avropaya çağırış edirik. Azərbaycan Dağlıq Qarabağ problemi ilə baş-başa qalanda beynəlxalq təşkilatlar problemə biganə,əksər vaxtlarda isə qərəzli münasibət göstərdilər. Bunu sadəcə etnik münaqişə adlandıraraq bir növ sanki SSRİ rəhbərliyi və Qarbaçovun üslubunda cavab verdilər ki, gedin öz məsələnizi öz aranızda həll edin. Bugünkü gün isə Kataloniyada biz Qarabağın sədasını eşitdik. 30 il bundan əvvəl bizim yaşadığımız indi onların özlərinin daxili həyatında yaşanmış oldu. Bu yerdə Azərbaycan insanı haqlı olaraq tarixi paralelləri aparır. Avropa qarşısında bu məsələni qoyur.

Hər bir halda Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatları tanımaq istəməyən onu zorakılıq sayan qüvvələr onun şahidi oldular ki, polis qüvvələri ,gizli xəfiyyə strukturları Kataloniyada məntəqələrə girərək insanların, dinc vətəndaşların üzərinə basqı etdilər. Azərbaycanda kiçik bir buna bənzər qalmaqal baş verəndə bütün beynəlxalq tribunalarda Azərbaycanin əleyhinə sanksiyaların, çağırışların şahidi oluruq. Bir tərəfdən biz bəyan edirik ki,ərazi bütövlüyü önəmlidir və bu zaman onlara qarşı həyata keçirilən və bu fundamental prinsiplərə qarşı atılan addımlar mütləq cəzalandırılmalıdır. Lakin o biri yandan ərazi bütövlüyü məsələsinə separatizmdən kənarda yalnız insan haqqları konteksindən nəzər yetirdikdə görürük ki, böyük dövlətlər, ayrı-ayrı təşkilatlar deyirlər ki bu millətlərin hüququ yoxdur, əsas vətəndaş haqqıdır.

İnterpress.az