Klimkin: “Qarabağ məsələsinin dondurulması yalnız Rusiyanın marağındadır”backend

Klimkin: “Qarabağ məsələsinin dondurulması yalnız Rusiyanın marağındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. O bildirib ki, BMT-nin işində problem və qeyri-effektivlik var: \”Əsas məsələ bu sahədə həmrəylikdir. Biz bir-birimizə kömək etməliyik. Məsələn, Azərbaycan bizə aktiv olduğu təşkilatlarda kömək edir. İslam Əməkdaşlıq Təşkilatını göstərmək olar. Biz gələcəkdə ora müşahidəçi üzv olmaq istəyirik. Hamımız ərazi bütövlüyümüzü bərpa etmək istəyindəyik və buna görə bütün yollara əl atmalıyıq. Ən yaxşı yol təbii ki, siyasi yoldur\”.

Nazir Dağlıq Qarabağ və Ukrayna məsələsi arasında paralellik aparmaq istəməyib: \”Qarabağ məsələsi başqa siyasi şərtlərdə baş verib. Qarabağ məsələsi real dondurulmuş münaqişədir ki, bu da yalnız Rusiyanın marağındadır\”.

İnterpress.az