“Prezidentlərin görüşündə razılıq əldə oluna bilər” – Millət vəkilibackend

“Prezidentlərin görüşündə razılıq əldə oluna bilər” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazir bildirib ki, həmsədrlər regiona prezidentlərə görüş təklif etmək üçün gəlirlər: \”Həmsədrlərin bəyan etdiyi kimi biz görüşlərin substantiv və nəticəli olmasını istəyirik. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danışıqlar keçirək və məsələni yerindən tərpədək”.

Azərbaycan XİN rəhbərinin açıqlamasından belə qənaətə gəlmək olar ki, baş tutması mümkün görünən prezidentlərin növbəti görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından əlamətdar olacaq. Çünki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, görüş xatirinə görüşlərdə iştirak etmək niyyətində deyil.

İnterpress.az-ın məlumatına görə, daha əvvəl AzVision.az-a açıqlamasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik” deyən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev hesab edir ki, prezidentlərin növbəti görüşündə münaqişənin həllinə dair razılıq əldə oluna bilər:

“Hər birimiz münaqişənin həllinə dair razılığın əldə olunmasını gözləyirik. İnanırıq ki, bu, mümkün olacaq. Çünki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənən mövqeyindən çıxış edir. Məhz ona görə ümidvarıq ki, biz problemi sülh yolu ilə beynəlxalq hüququn prinsiplərinə əsasən həll edəcəyik. Mühüm məsələ ondan ibarətdir ki, belə bir hal baş verəcək. Biz bunu növbəti danışıqlar raundundan gözləyirik”.

R.Rzayev qeyd edib ki, prezidentlərin görüşünün harada keçirilməsindən asılı olmayaraq əsas məsələ Ermənistanın işğalçı siyasətindən çəkindirilməsidir.

İnterpress.az