İlham Əliyev qəbul keçirib – YENİLƏNİBbackend

İlham Əliyev qəbul keçirib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, Xocalı soyqırımının törədildiyini bildirdi.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğuladı.

Prezident İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirdi ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışdı. Azərbaycan Prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirdi.
Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış etdilər.

İnterpress.az