Akif Çovdarov son söz deyir – YENİLƏNİBbackend

Akif Çovdarov son söz deyir – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deyib.

A. Çovdarov çıxışında məhkəmədən bəraət istəyib: \”Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin\”.

Son söz bitəndən sonra məhkəmə müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. ( apa )

* * *

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Akif Çovdarov son sözlə çıxış etməyə başlayıb.

Vəkil Şahin Rəfiyev bildirib ki, müvəkkili çıxışı zamanı epizodlar üzrə son nitqini söyləyir. A.Çovdarov ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hazırda məhkəmə iclası davam etdirilir. ( report.az )

İnterpress.az