“Ermənistanın İsrail ilə münasibətləri normallaşdırmaq cəhdi suya düşdü”backend

“Ermənistanın İsrail ilə münasibətləri normallaşdırmaq cəhdi suya düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni nazirin Çinə səfəri və baş verənlər barədə \”Ölkə.Az\”-ın suallarını regionşünas, ekspert Telman Qasımov cavablandırdı.

– Erməni dilini bildiyiniz üçün erməni mətbuatını hər gün izləyirsiniz. Bu səfər Ermənistanda hansı rezonansa səbəb oldu?

– Ermənistan Respublikasının müdafiə naziri Viqen Sarkisyanın cari ilin sentyabr ayının əvvəlində Çin Xalq Respublikasına rəsmi səfəri və səfərin nəticələrinə dair kütləvi informasiya vasitələrində aparılmış müzakirələr mərkəzimiz tərəfindən izlənilib. Bu istiqamətdə araşdırma nəticəsində Ermənistanın hərbi-siyasi rejimi əleyhinə bir çox faktlar əldə edilib.

Apardığımız təhlillərə əsasən, müdafiə naziri Viqen Sarkisyanın Çinə səfəri barədə Ermənistan hökuməti tərəfindən səslənmiş məhdud bəyanatlar erməni mediasında fərqli fikirlərin formalaşmasına səbəb olub. Ermənistan müdafiə nazirinin Çinə səfəri yerli və xarici faktorlar səbəbindən Ermənistan-Rusiya münasibətlərinin ziddiyyətli olduğu dövrə təsadüf edib. Belə ki, Cənubi Qafqaz regionunda yaxın gələcəkdə Çinin mövcudluğunun güclənəcəyi barədə məlumatların yayıldığı ərəfədə V.Sarkisyanın Çinə səfər etməsi Rusiya hökumətinə yaxınlığı ilə seçilən “ria.ru” saytında “Silah üçün Çinə: Rusiyanın \”Smerç\” və \”İskəndərlər\”i Ermənistana az oldu” başlıqlı məqalə ilə müşayiət olundu. Məqalə həmin gün saytdan götürülsə də, Ermənistan mediasında kifayət qədər ciddi rezonansa səbəb oldu. Ermənistanın siyasi təbliğat vasitələri daxili auditoriyanı sakitləşdirmək məqsədilə növbəti dəfə baş verənlərdə Azərbaycanı ittiham edərək Rusiya saytında yayılmış məlumatların Azərbaycanın sifarişi olduğunu bildirdilər. Ehtimal olunur ki, Ermənistan Çinlə hərbi sahədə əldə edilmiş razılaşmanın detallarını ictimaiyyətdən gizli saxlamaqla Rusiyanın və digər maraqlı tərəflərin reaksiyasını öyrənməyə çalışır.

– Bu səfər Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəkmi?

– Ermənistan hökuməti V.Sarkisyanın Çinə səfərinin siyasi çəkisini azaltmaq və dolayısı ilə neqativ nəticələrdən çəkinmək məqsədilə məqsədyönlü iş aparmağa çalışsa da, Çinlə hərbi-texniki və humanitar sahələrdə əlaqələri genişləndirmək cəhdləri Rusiya Federasiyası ilə mövcud olan hərbi-siyasi əməkdaşlığa zərər vurur. Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiq edildiyi dövrdə Ermənistanın yeni müttəfiqlər axtarması və regiona kənar oyunçuları cəlb etmək istəyi Rusiya başda olmaqla regional dövlətlərin maraqlarını təhdid edir.

Müşahidələr göstərir ki, son dövrlərdə Ermənistanda Rusiyaya qarşı etirazlar daha geniş xarakter alır və bəzi hakimiyyət nümayəndələri Ermənistanın narazılığını səsləndirməkdən çəkinmir. Ermənistanda keçirilmiş ictimai rəy sorğularının nəticələri erməni cəmiyyətinin Rusiyaya inamının azaldığına işarə edir. İkitərəfli əlaqələrin pisləşməsində xarici amillərlə yanaşı Ermənistan hökuməti daxilindəki bəzi qüvvələrin maraqlı olduğu nəzərə çarpır.

– Ermənistan son dövrlər İsrail ilə münasibətləri normallaşdırmağa çalışır. Bu məsələdə erməni KİV-ləri nə yazır?

– Kütləvi informasiya vasitələrinin monitorinqi zamanı İsrail-Ermənistan münasibətlərinə xələl gətirən və bu münasibətlərin inkişaf perspektivləri yönündə son dövrlərdə erməni cəmiyyətində formalaşmış müsbət fikirləri pozmağa yardım edəcək məlumatlar əldə edilib.

Məlumatların təhlili göstərir ki, erməni siyasi dairələri İsrail hökuməti ilə əlaqələri nizamlamaq məqsədilə uydurma faktlara, soyqırım iddialarına, dolayısı ilə tarixi saxtalaşdırmağa yönəlmiş ənənəvi erməni təbliğatı üsullarına əl atır. Lakin, İsrail-Ermənistan münasibətlərinin inkişafı istiqamətdə Ermənistan hakimiyyətinin işini çətinləşdirən tarixi səbəblər mövcuddur.

Tərəflər arasında fikir ayrılığının köklü səbəblərindən biri saxta “erməni soyqırımı” məsələsində İsrailin Ermənistanın mövqeyini dəstəkləməməsidir.

Ermənistanın ciddi cəhdlərinə baxmayaraq, İsrail rəhbərliyi dünya dövlətləri tərəfindən qəbul edilmiş “holokost” hadisəsi ilə saxta “erməni soyqırımı” məsələsinin eyniləşdirilməsinə qətiyyətlə qarşı çıxmışdır və İsrail rəsmilərinin bu haqda dəfələrlə bəyanatları səslənmişdir.

Əldə edilmiş mənbələrdə göstərilir ki, 20-ci əsrin ortalarında ermənilər “ASALA” və digər terrorçu qruplaşmaların tərkibində İsrail ordusuna qarşı hərbi əməliyyatlarda iştirak edib. Erməni KİV-ləri İsrail rejimi əleyhinə təbliğat kampaniyası aparmış və İsraili Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə, digər xalqların ərazilərini zəbt edərək dövlət qurmaqda və öz maraqları naminə erməni soyqırımını inkar etməkdə günahlandırmışdır.

İsrail hakimiyyəti, həmçinin geosiyasi səbəblərdən Ermənistanla əlaqələrin inkişafında maraqlı olmadığına və Azərbaycanla xoş münasibətlərə görə Ermənistanın təbliğat media vasitələrində tənqid edilmişdir.

İnterpress.az