“Rəsul Quliyev prezident seçkilərində iştirak edə bilməyəcək”backend

“Rəsul Quliyev prezident seçkilərində iştirak edə bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Rəsul Quliyevin ölkəyə qayıtmaq və prezident seçkilərində iştirak etməsi məsələsini politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a şərh edib:

\”Azərbaycan Respublikası prezidentliyinə namizədliyini verən şəxslər son 10 ildə Azərbacan Respublikasında yaşamalıdırlar. Rəsul Quliyev 1996-cı ildən bəri bu hüquqdan məhrum edilib, 20 ilə yaxındır ki, ABŞ-da yaşayır. Çox istərdim ki, Rəsul Quliyev də digərləri kimi prezident seçkilərində iştirak etsin.
Real düşünsək, Rəsul Quliyev prezident seçkilərində iştirak edə bilməyəcək\”.

Qeyd edək ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində Rəsul Quliyevin namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb. Ancaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən onun namizədliyi təsdiq olunmadı.

İnterpress.az