Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Qarabağ düyünü siyasi üçbucaqla açıla bilər”

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər ediblər.

Dərc edilib: 6 oktyabr 2017 [22:03]
Baxış sayı: 88

Həmsədrlər Ermənistanın prezidenti Serj Sərkisyanla görüş keçiriblər. Görüşdə həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Tərəflərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil imkanları müzakirə edilib. Həmsədrlər münaqişə zonasındakı vəziyyətə toxnublar. Görüşdə münaqişənin sülh yolu ilə həlli istiqamətində götürülmüş öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanlı siyasətçilər isə Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin heç bir rol oynamadığını düşünürlər. Yerli mütəxəssislərin fikrincə, bu düyün Rusiya və Türkiyə münasibətlərinin daha da istiləşməsilə açıla bilər. Politoloq Eldar Namazov “Ölkə.Az”a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu görüşündən hansısa ciddi nəticələr gözlənilmir. Onun sözlərinə görə, burada əsas məsələ geopolitik qarşıdurmadır.

“Rusiya xarici işlər naziri Lavrov bu yaxınlarda açıq şəkildə bildirdi ki, əsas məsələ geopolitik qarşıdurmadır. Rusiya ilə Amerika arasında yaranmış münaqişədir. Lavrov dedi ki, Amerika Rusiyanın şərtlərini qəbul etsəydi, onda regiondakı bir çox münaqişələr həll olunmuşdu. Yəni Rusiya rəsmisi açıq etiraf edir ki, bu konfliktlərin həll olunmamasında yeganə səbəb Rusiya ilə ABŞ arasındakı qarşıdurmalardı. Ona görə də, Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən, keçirilən görüşlərdən, aparılan danışıqlardan nəticələr gözləmək lazım deyil”, - deyə E.Namazov bildirib.

Politoloq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu çox böyükdür: “Burada daha çox həlledici məqamlar Bakı, Moskva və Ankara arasında gedən danışıqlardır. Bu üçbucaqda Qarabağ məsələsinin həllilə bağlı ciddi razılıqlar əldə oluna bilər. Düşünürəm ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya-Türkiyə danışıqları çox böyük rol oynayacaq. Həm Qarabağ problemi, həm də Türkiyə ilə Ermənistan arasında mövcud siyasi qarşıdurmalara son qoyulacaq. Bu məsələ kompleks şəklində həll edilməlidir. Razılıq əldə ediləndən sonra Rusiya tərəfi bu məsələyə Ermənistanı da cəlb edə bilər”.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 451