Lider TV-dən rəsmi mövqe: “Rəhbərlik yerindədir”backend

Lider TV-dən rəsmi mövqe: “Rəhbərlik yerindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbərdə iddia olunur ki, oktyabrın 7-də sözügedən telekanalın rəhbərliyi dəyişdirilib. Jurnalist Rüstəm Əliyevin Lider-ə prezident, Kəpəz.tv-nin rəhbəri Fuad Cabbarov isə vitse-prezident gətirildiyi bildirilir. Məumatda o da deyilir ki, yeni rəhbərlik 1-ci gün kollektivə təqdim olunacaq.

Musavat.com məlumatın nə qədər dəqiq olub-olmadığını öyrənmək üçün \”Lider\” TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyatova ilə danışıb. S.Bünyatova musavat.com-a bunları deyib: \”Lider TV-nin rəhbərliyinin dəyişməsi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Ədalət Əliyev dünən də, bu gün də işinin başında olub. Bu əsassız və mənbəsi bəlli olmayan xəbərlərin yayılma səbəbləri bizə də aydın deyil.\”

İnterpress.az