Güllər içində ən gözəli – gül kələmidirbackend

Güllər içində ən gözəli – gül kələmidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni zamanda kalorisi çox az olduğu üçün dietik yeməklərdə geniş istifadə olunur. Həmçinin gül kələmdən bir neçə çeşid salad, yemək və şorbalar hazırlanır. Bu dəfə sizə dadlı və faydalı gül kələmi şorbası reseptini təqdim edirik.

Lazım olan ərzaqlar:
– 1 orta ölçülü gül kələm
– 1 baş soğan
– 3 kiçik kartof
– 1,5 litr su və ya toyuq bulyonu
– 200 ml qaymaq
– 50 qr kərə yağı
– duz
– istiot

Hazırlanması:

Soğanı xırda doğrayıb kərə yağında qızardın. Gül kələmini kiçik hissələrə ayırın. Kartofu da doğrayıb gül kələmi ilə birlikdə qızarmış soğanın üzərinə əlavə edib bir az qovurun. Daha sonra tərəvəzlərin üzərinə suyu əlavə edib duz, istiot vurub orta odda qaynadın.

Gül kələm və karof yumşalanda kənara çəkib blenderlə püre halına gələnə qədər qarışdırın. Qaymağı da əlavə edib 5 dəqiqə bişirib kənara çəkin. Onu süfrəyə qurudulmu çorək kubları və ya az yağda qızardılmış çörəklə verə bilərsiniz.

Güllər içində ən gözəli - gül kələmidir

İnterpress.az