“Mikayıl Cabbarov istefaya göndərilməlidir”backend

“Mikayıl Cabbarov istefaya göndərilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaranmış vəziyyətlə bağlı fikirləriniz Azinforum.az-la bölüşən Böyük Millət Partiyasının sədri, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli qeyd etdi ki, bu cür məsuliyyətsizliyə görə, təhsil naziri Mikayıl Cabbarov istefaya göndərilməlidir:

“Bu , xəyanətə bərabər bir əməldir. Hələ utanmırlar, çıxıb özlərinə haqq da qazandırırlar. Biz Ermənistanla düşmən ölkələrik. Bu yanlışlıq Ukrayna və ya Rusiya ilə bağlı olsaydı bəlkə də bağışlamaq olardı. Bilrsiniz ki, Ermənistan daima bizə əsassız ərazi iddiaları irəli sürür. Onlar bunu saxtalaşdırılmış tarixi faktlara söykənərək etməyə çalışırlar. İndi belə bir dərslik kitabını nəşr etməklə biz onların əlinə ciddi əsaslar vermiş olduq. Mikayıl Cabbarovun idarə etdiyi nazirlik deyir ki, həmin kitabların hamısı yığışdırılıb. Kim zəmanət verə bilər ki, həmin kitablardan ermənilərin əlinə keçəni olmayıb? Hesab edirəm ki, belə ciddi səhvi texniki yanlışlıqla izah etmək yetərli sayıla bilməz. Əlaqədar qurumlardan Azərbaycan tarixinə ləkə salmaqla, düşmənlərimizin əlinə mübarizə üçün ciddi əsaslar verən bu hadisə ətrafında dərin araşdırmalar aparmağı xahiş edirəm”.

İnterpress.az