Ramal İsrafilov yeni mahnısından danışdı – Müsahibə – FOTO – VİDEObackend

Ramal İsrafilov yeni mahnısından danışdı – Müsahibə – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni və bəstəkar Ramal İsrafilov PrimeTime.Az saytının \”Tet-a-Tet\” rubrikasının qonağıdır. Üzərində çalışdığı yeni mahnısı üçün studiyaya üz tutan ifaçı ilə elə iş başında söhbətləşdik

– Repertuarınıza əlavə etdiyiniz yeni mahnı klub tərzindədir. Məncə bu, Ramal İsrafilovun repertuarı üçün yenilikdir…

– Mahnının bu dəfə də öz nəfəsimə uyğun və Ramal hər zaman necə ifa edirsə elə oxumuşam. Sadəcə olaraq aranjiman fərqlidir. İstədik ki, gənclərə daha yaxın olsun. Ona görə də klub tərzində etdik. Bilirsiniz, şəhərimizdə sənətçilərimiz tərəfindən səslənən mahnılar daha çox arabesk və türksayağıdır. Gənclərimiz Avropa ilə ayaqlaşmaq istəyir.

– Yəqin ağlamaq istəyənlərin sayı azalıb… –

Fikir verirəm ki, arabesk janrında etdiyimiz aranjimanlar gənclərimiz tərəfindən daha yeyilmir. Yeni bəstəkar və aranjimançılar olsa sözün yaxşı mənasında biz unudularıq. Bu dəfə həm kütləni nəzərə alaraq, həm də milliliyimizdən çıxmayaraq mahnı yazdım. Amma aranjiman avropasayağıdır.

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

– Və burada Sabir Rüstəmxanlı imzası var. –

Bəli, mahnının sözləri xalq şairi və sabiq millət vəkili Sabir Rüstəmxanlıya məxsusdur. O, həmçinin dostum Elçin Cəfərovun qayınatasıdır. İnanıram ki, Elçinlə aramızda qısqanclıq olmayacaq. Bu kitabı mənə hədiyyə edəndə düşünməzdim ki, Sabir müəllim sözlərinə bu tezliklə müasir mahnı yazaram. Bəstənin adı \”Bəlkə mən ölmüşəm\”dir.

-Sabir Rüstəmxanlı şeirinə müasir mahnı yazdığınız üçün irad bildirməyib? –

Əvvəlcə müasir olduğu üçün təqdim etməyə utandım. Amma ailəsi tərəfindən bəyənildi. Hətta dedilər ki, oxunuş sırf Ramalsayağı, bizə çatacaq formadadır. Müasir aranjiman və ifa bir-birini tamamladığına görə müsbət rəy aldım.

– Həmkarlarınızdan fərqli olaraq gec-gec mahnı təqdim edirsiniz. Amma illərin sənətçiləri var ki, hər ay bir mahnı təqdim edirlər. –

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

Şou-biznesimiz belə qurulub. Fikir versəniz xarici ulduzlar son zamanlar albom təqdim edirlər. Onların sırasında favoritlərim Ajda Pekkan, Sezen Aksu və Tarkan da var. Bunlar bizim şou-biznesdən kənardır.

– İfaçılarımız arasında isə çox az simalar var ki, albom hazırlayıb, 2-3 il ərzində konsertlər versinlər. –

Çalışqan müğənnilərimiz belə hər ay yeni mahnı təqdim etməsələr unudularlar. Keyfiyyətli musiqi hazırlamaq lazımdır ki, son zamanlar meyxana tərzində olan mahnıların içində batıb getməyəsən. Barmaqla sayılacaq müğənnilərimiz var ki, konsertlər verirlər. Mən də onların fikirləri ilə addım atsam, gündəmdən düşməyim deyə tez mahnı təqdim etsəm, inanın ki, onlarla eyni sırada olaram.

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

Şou-biznesdə illərlə davam edən nömrə bir savaşı var. Buna münasibətiniz necədir? –

Bəli, bizim şou-biznesdə bir nömrə deyilən bir şey var. Amma gənclərimiz həmin o nömrə birlərin sənət taktikası ilə getsə, o zaman bir nömrə deyilən anlam olmayacaq. Ümumiyyətlə, düşünürəm ki, şou-biznes dəyişilsə, daha yaxşı olar.

-Nömrə birlərin taktikasından istifadə etmək eyni zamanda onları kopyalamaqdır axı. Yaradıcılıq təkrarçılığı sevmir. –

Əslində heç istəmirəm gənclərimiz hazırda üzdə olan sənətçilərin yolunu getsinlər. Bu, yaxşı yol deyil. Çünkü həmin yol insanı inkişaf etdirmir. O bir nömrələr vaxtı ilə elə şeylər ediblər ki, onları kim etsə təkrarlamış olacaq. Gərək elə edəsən ki, insanlarda şok yaradasan. –

Siz nə vaxt növbəti şoku yaşadacaqsınız?

Mənim bir az göbəyim var. O ərisə vallah edəcəyəm. Sarayda konsert üçün rəqslərim də var, müzakirə olunacaq. Hətta heyran edəcək geyimlərim də. Sadəcə artıq çəkim olduğu üçün soyuna bilmirəm, amma soyunacağam!

-Qardaş ölkə adlandırdığımız Türkiyədə mentalitet anlayışı o qədər də qabardılmadığı üçün kişi müğənnilərin tanınması bir qədər asandır. Bizdə isə… –

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

Bizim nəsil və ailə daxil olmaqla ətrafdan o qədər deyinirlər ki. Ölkəmizdə yaşayan insanların hamısı bir-birinə lağ etməyi sevir. Müəyyən insanların mənfi auraları bizə o qədər pis təsir edir ki, müğənnilər kompleks içində hərəkət edir. Bu da kənardan gülünc görünür. Bir az sinəni açan kimi və ya sırğa taxan kimi aləm bir-birinə dəyir. Biz rəndələnə-rəndələnə insanlara bunları yedirtmək istəyirik. Amma gərək birdən-birə soyunasan və konsertini verəsən. Efirləri açanda görürsən ki, hamı sevirşir, görüşür, öpüşür. Düzdür əndazədən çıxmaq olmaz. Amma müğənninin təqdim etdiyi şounu qəbul etməlidirlər. Toyda şou göstərsəm, camaat mənə gülər. Elə mötəbər məclislərdə iştirak edirəm ki, oraya kostyumda qatılıram. Konsertdə səhnəyə həmin geyimdə çıxmaq olmaz. Səhnədə gərək sinəmi də açım, şortik də geyinim.

-Dediklərinizi illər öncə xalq artistimiz Faiq Ağayev edib. Göstərdiyi şoular, geyimləri və saç tərzini xatırlasaq, onun streotipləri qırdığını görəciyik. Ancaq xalq artisti ona ünvanlanan tənqidləri normal qəbul etdi və o dönəmi keçirdi… –

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

Bəli, Faiq Ağayevi top-tüfəngə tutmuşdular. Amma yaxşı olar ki, Faiq bəy kimi sənətçilər çox olsun. Həmin vaxt onun hərəkətlərini təkrar edən olmadığına görə, o da müəyyən hücumlara məruz qalmışdı. Mən də zaman-zaman saçımın rəngin dəyişmişəm, \”refle\” etdirmişəm, amma bunları Faiq Ağayevdən öyrənməmişəm. Bu gün kimdəsə yenilik görəndə deyirlər ki, Faiq kimi etdi. Amma Faiq Ağayev də illərin pop-starı Tarkana baxıb. Tarkan isə Maykl Ceksondan nələrsə götürüb. Xalq artisti Tarkansayağı yeniliyi vaxtı ilə qulağına sırğa taxmaqla göstərmişdi və bu əməlli başlı cəsarət tələb edirdi. O, çox ürəkli idi! Amma indi hansısa addımı atanda düşünürsən ki, insanlar nə deyəcək. Daha ürəksiz hərəkət edirsən! Çünkü qorxuruq! Sənətçiyəm xarici ölkələrə səfərimiz olur. Bu səfərlərdən çox müsbət enerji alıram. Vətənə qayıdan da deyirəm ki, geyimimdən tutmuş tərzimə qədər dəyişəcəyəm və daha maraqlı şeylər nümayiş etdirəcəm. Sözüm pis çıxmasın, amma bir aydan sonra sanki azərbaycanlılaşıram. Görürəm ki, Bakı avropalaşır, insanları isə qeybət içindədir… Ancaq indi dəqiq qərar vermişəm, bundan sonra geyimimə, saçıma ifa etdiyim mahnılara görə obraz verəcəyəm. İnsanların məni düşünüb, dəyər verdiyi kimi yox.

Ramal İsrafilov yeni mahnısından danışdı - Müsahibə - FOTO - VİDEO

İnterpress.azhttps://youtube.com/watch?v=pi0jIiuN9bY