40 yaşlı kişi arvadını güllələdi – TƏFƏRRÜATbackend

40 yaşlı kişi arvadını güllələdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

***

Hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir. ( report.az )

İnterpress.az