Kaliforniya yanğınları: 10 nəfər həlak olubbackend

Kaliforniya yanğınları: 10 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bbc-yə istinadən xəbər verir ki, insanlar kütləvi şəkildə ərazidən köçürülüb, azı 1,500 obyekt məhv olub. Sonoma bölgəsində 7, Napada 2, Mendocinoda isə bir ölüb, rəsmilər bildirib.
Ştatda bu günə qədər baş vermiş \”ən pis\” meşə yanğınlarından sonra Napa, Sonoma və Yuba bölgələrini 20 minə yaxın insan tərk edib.
Xəsarət alanların sayının artacağı və itkin düşənlərin olduğu bildirilir. Kaliforniya qubernatoru fövqəladə vəziyyət elan edib.
Yanğınların bazar günü gecə saatlarında hansı səbəbdən başladığı hələlik məlum deyil.
Burned out wreckages of houses and cars are picturedFotonun müəllifiGETTY IMAGES
Napa bölgəsinin yanğın rəisi bildirib ki, hava şəraiti yanğınsöndürənlərin işinə mane olur.
Yanğınlar güclü külək, aşağı rütubət və isti, quru hava şəraiti kombinasiyası nəticəsində yayılır.
Milli Hava Xidməti San Fransisko sahəsi üçün xəbərdarlıq yayıb ki, \”hər yanğın sürətlə yayılacaq\”.
Fire burns along Napa valley hillsidesFotonun müəllifiAFP/GETTY
Kaliforniya ştatının yanğından mühafizə xidmətinin hesablamalarına görə, azı 14 yanğın nəticəsində 70 min hektardan çox ərazi artıq məhv olub.
Bunu Kaliforniyada baş verən ən dağıdıcı yanğın hadisəsi hesab etmək olar.
Sentyabr ayında Kaliforniyanın Losilə üzləşib.

İnterpress.az