Malakan üsullu kələm turşusubackend

Malakan üsullu kələm turşusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
10 kq kələm
200-250 q. duz
500 qr kök
Kərəviz
1 kq. alma
5 qr cirə

Hazırlanması:
Hazırlamaq üçün kələm nazik-nazik doğranır, enli ləyənin içərisində duzlanıb 1 saata kimi saxlanır. Kələmə xoş rəng vermək və dadını yaxşılaşdırmaq üçün ora nazik doğranmış kök, kərəviz, bütöv alma, cirə tökmək lazımdır. 1 saatdan sonra kələm balonlara və ya çəlləklərə yığılıb yaxşı basdırılır ki, aralarında hava qalmasın və kələmin şirəsi üzə çıxsın. Üstdən kələm hamarlanır və xarab olmasın deyə, kələmin bütöv yarpaqları ilə örtülür. Yarpaqların üstündən taxta parçası qoyulur, ağır yüklə basılır. Elə etmək lazımdır ki, taxta parçalarının üstünə 3-4 sm hündürlüyündə şirə çıxsın. Hazır kələmdən istifadə etdikdə qalan hissəni yenə də ağır yüklə basdırmaq lazımdır ki, kələm şirənin içində olsun, çünki şirəsiz qalan kələm tez xarab olur. Əgər hazır olmuş kələmdən istifadə etmirsinizsə, onda üzərinə bir qat (2 sm) bitki yağı töküb saxlayın. Belə kələmi uzun müddət saxlamaq olar.

Malakan üsullu kələm turşusu

İnterpress.az