Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Dünya   Video  

Türkiyə və ABŞ XİN başçıları görüşdü - VİDEO

Türkiyə ilə ABŞ arasında yaranmış viza münaqişəsindən sonrai lk dəfə olaraq iki dövlətin rəsmiləri telefonla danışıblar.

Dərc edilib: 11 oktyabr 2017 [21:40]
Baxış sayı: 58

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Türkiyə mətbuatının yazdığına görə, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər.

Bildirilib ki, telefon danışığı yarım saat çəkib.

Qeyd edək ki, ABŞ hökuməti oktyabrın 8-dən Türkiyədən edilən viza müraciətlərini təxirə salıb. Bu barədə ABŞ-ın səfiri dünən Tvitter hesabında açıqlama verib. Açıqlamada deyilir: “Türkiyədəki bütün ABŞ diplomatik korpuslarındakı miqrant olmayan viza xidmətləri ləğv edilib”.
Bundan sonra Türkiyənin xarici işlər üzrə müşavir ABŞ səfiri ilə telefonda danışıb. Bundan başqa, dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-dan olan həmkarı Reks Tillerson arasında telefon danışığı olub. Danışıqlardan sonra Türkiyə də ABŞ kimi eyni addımı atıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdə olarkən hadisə barədə ilkin açıqlama verib: “Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Türkiyə bu qərara çox üzülüb. Bu barədə xəbəri mənə xarici işlər nazirimiz bildirdi. Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Biz də bununla bağlı ABŞ hökumətinə müraciət etdik. Xarici işlər nazirlərimiz danışdılar. Danışığın ardından biz də eyni addımı atdıq”.

İnterpress.az
















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 451