Həftədə iki dəfə hinduşka əti yeyinbackend

Həftədə iki dəfə hinduşka əti yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qan azlığından şikayəti olan insanlar dəmirlə zəngin qidalarla qidalanmalıdır. Qırmızı ət protein və dəmirlə olduqca zəngindir. Həftədə iki dəfə yemək lazımdır. Qırmızı ətdən sonra yeyilməsi məsləhət görülən bir digər qida da hinduşka ətidir. Hinduşka ətinin də dəmir mineralı ilə zəngin olduğu deyilir.

Hinduşka ətində xolesterol səviyyəsi də olduqca azdır. Anemiya şikayəti olanlar qırmızı ət çox yeyəndə nəticədə qanda xolesterol səviyyəsi də artır.

Hinduşka əti toyuq ətinə nisbətən dəmir mineralı ilə çox zəngindir. Hindişkanın döş əti və bud ətini sobada, qazanda şəklində bişirib yeyə bilərsiz.

Hinduşkanı necə bişirirlər
ABŞ-də hinduşka əti çox geniş yayılıb, milad bayramı zamanı hər bir ailənin stolunda hökmən hinduşka əti olmalıdır. Yalnız bu ət dadlı, yumşaq və sulu alınması üçün bəzi şeyləri bilmək lazımdır. Bu ət yüngül həzm olunur, kalorisi azdır, hipoallergendir. Ət müalicə zamanı və uşaqlara çox faydalıdır. Hinduşka ətində, digər ətlərdən fərqli olaraq, xolesterol daha azdır. Bu ətin bir porsiyasından insana lazımi olan gündəlik vitamin və mikroelementlər dozasının 60%-nı əldə etmək mümkündür. Baxmayaraq ki, bu ətin bişirmə prosesi asan deyil, bir neçə bicdiklər mövcuddur, hansılar ilə sizi tanış edəcəyik.

Yaxşı hinduşka ətini seçirik
Hinduşka ətin cavanını seçmək lazımdır, quşun dərisi açıq rəngli və hamar(sürüşkən yox), əti isə – sıx və möhkəm olmalıdır. Təzə hinduşkanın qarını adətən nəm və işıqlı, pipiyi açıq-çəhrayi, ayaqları hamar və boz rəngində, gözləri dombalan və şəffaf olmalıdır. Hinduşka ətinin ən dadlısı – dörd aylıq, çəkisi isə 5-10 kiloqram çəkisi olan hinduşka sayılır. İri çəkili hinduşkanı (misal üçün 35 kiloqram çəkidə) almaq məsləhət deyil, belə quşun əti bərk və quru olur, ona baxmayaraq ki, siz onu bir neçə saat bişərəksiniz.

Ətin hazırlanma qaydaları
Hinduşka ətini tikələrlə pörtlədirlər, tavada bişirirlər yaxud qızardırlar, duxovkada və şişdə qızardırlar, folqada – içsiz, yaxud içi doldurulmuş tərzdə. Hinduşka ətin qiyməsi kotlet, piroq və küftə üçün istifadə olunur, həmçinin bu ətdən paştet, rulet, şnisel, qulyaş, raqu hazırlamaq olar. Hinduşkanın içini meyvə, göbələk, şabalıt, qaraciyər, quru məyvələr, qoz, düyü, kartof və digər tərəvəzlər ilə doldurmaq olar. Bəzən bu əti çaxır, yaxud şampan şərabı ilə pörtlədirlər. Hinduşka ətin yumşaq (ağ rəngində) hissəsinin dadı toyuq, donuz və mal ətin dadına bənzərdir.

Hinduşka ətinin hazırlanma sirləri
Hinduşkanı alan günündən etibarən ən azı iki gün keçən bir vaxtda bişirmək lazımdır. Əti səliqə ilə yuyun, həm içərdən, həm də daxildən qurudun, folqaya bükün və soyuducuya qoyun. Dondurulmuş ətin donunu soyuq suda, vaxtaşırı suyunu dəyişmək sərtilə, yaxud otaq temperaturunda açmaq lazımdır. Yadda saxlayın ki, 9 kiloqramlı quş ətinin donu iki gün ərzində açıla bilər.
Heç bir vaxt ətin donunu isti suda açmayın. Belə olduqda ət bərk və quru ola bilər. Yalnız otaq temperaturunda donu açılan ət yumşaq və sulu olur.
Zapekankadan öncə induşkanı marinada qoyun, belə olduqda o dadlı və yumşaq olacaq. Marinad üçün su, çaxır, şampan şərabı, şəkər ilə konyak, bal, ədviyyatlar, ətirli otlar, lumu və sarımsaq istifadə olunur. Hinduşka marinadda üç gün qalmalıdır.
Marinadın əvəzinə üzdən və içəridən sarımsaq, duz, zeytun yağı və rozmarin ilə hazırlanmış qarışıq ilə əti sürtün və canına çəkdirmək üçün bir neçə saat ərzində saxlayın.
İç ilə induşkanı doldurun (çox sıx yox) və bağlayın.
Quşu duxovkanın tavasına folqaya büküb sinəsi aşağı vəziyyətdə qoyun, temperaturu 170-190 dərəcə edin, qızardan zamanı ətdən əmələ gələn şirə ilə əti sulayın.
Qızartma vaxtı ətin çəkisi ilə bilinir (için çəkisi daxil olmaq şərtilə). Hər 450 qrama 18 dəqiqə əlavə olunmalıdır.

Həftədə iki dəfə hinduşka əti yeyin

İnterpress.az