Yığmamızın sabiq baş məşqçisi həbsdən çıxıbbackend

Yığmamızın sabiq baş məşqçisi həbsdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, azyaşlı uşaqları zorlamaqda ittiham edilən avstriyalı mütəxəssisin həbs müddəti başa çatıb.

Belə ki, Ukraynada binaların birində çılpaq halda tutulan Olimpiya çempionun barəsində seçilmiş 40 günlük həbs qətimkan tədbiri müddəti başa çatıb. 1990-cı illərin sonlarında, 2000-ci ilin əvvəllərində ölkəsində 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunan Zayzenbaherin Avstriyaya ekstradisiyası da baş tutmayıb. Buna səbəb onun cinayət törətməsindən 10 ildən artıq müddətin keçməsidi.

Bunu nəzərə alan ukraynalılar bu qədər müddət keçdikdən sonra onun məsuliyyətdən azad olunması barədə qərar qəbul ediblər. Lakin ona Ukraynanı tərk etmək üçün 5 gün vaxt verilib. Hər 2 qərar bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən müəyyənləşib. Həmin müddət bu gün başa çatacaq. Avstriya tərəfi isə Zayzenbaherin pasportunu etibarsız elan edib ki, Ukraynadan ayrılıb gizlənə bilməsin.

Qeyd edək ki, 56 yaşlı Olimpiya çempionu axtarışa verildikdən sonra daim anasına zəng edib və bu da onun ələ keçməsi ilə nəticələnmişdi.

İnterpress.az