Mircəlal Paşayevin adını daşıyan küçədə natəmizlik hökm sürürbackend

Mircəlal Paşayevin adını daşıyan küçədə natəmizlik hökm sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə Bakının Nəsimi rayonu Mir Cəlal küçəsində yeni təmir edilmiş və müasir standartlara uyğunlaşdırılmış parkın ətrafındakı binaların sakinləri bir aydan çoxdur ki zibil atmağa sözün həqiqi mənasında yer tapa bilmirlər.

Həmin küçədə 44 və 48 nömrəli binaların qarşısında dar bir ərazidə yeni bina inşa olunur və o vaxtdan həmin yerdən zibil qabları yığışdırılıb.

Sakinlər məcburiyyət qarşısında zibil tullantılarını üst üstə küçəyə yığdığı üçün ərazi artıq zibilxanaya çevrilib.

Böyük alimimizin adını daşıyan bu küçədəki vəziyyət heçdə ürəkaçan deyil.
Yenicə təmir işləri aparılmış bu ərazidəki acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Nəsimi rayon İH dəki məsul şəxslərin diqqətinə çatdırılsada heç bir addım atılmayıb və problem həll olunmayıb.

İnterpress.az