Yuxusuzluğa son – Naringi iləbackend

Yuxusuzluğa son – Naringi ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu aylarda gündəlik qidalanma rasionunda naringi mütləq olmalıdır. Ləzzətli dad və şirin qoxusu ilə yanaşı, naringi bir çox xəstəliklərin düşmənidir.Möcüzəli meyvənin faydalarını sizlərə təqdim edirik:

Dəmir ehtiva edir: Yeməklərdəki dəmiri əmərək orqanizmə faydalı hala gətirir.

Xolesterini tarazlıqda saxlayır: Naringi bağırsaqda xolesteri məhdudlaşdıran pektin və hemi-sellüloz kimi liflərdən ibarətdir.

Yuxusuzluğa son: Axşam yeməklərindən sonra yeyilən naringi sinirləri boşaldır, rahat yatmağınızı təmin edir.

Xroniki xəstəliklərin qarşısını alır:[/b] Bir çox meyvədə olduğu kimi naringi də orqanizmin ürək-damar xəstəliklərinə qarşı müqavimətini artırır.

[b]Xərçəngə qarşı qoruyur.

Dəri problemlərini aradan qaldırır: A vitamini mənbəyi olan naringi sızanaq kimi dəri problemlərini aradan qaldırır. Qocalmanın əlamətlərini aradan qaldıran bu meyvə, kollagen istehsalını artıraraq sizi hamar bir dəriyə qovuşdurur.

Saçları uzadır: Naringi saçların sürətli uzanmasında da təsirlidir. Həmçinin saç ağarmasını da ləngidir.

Yuxusuzluğa son - Naringi ilə

İnterpress.az