Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidibackend

Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az olaraq, Nuray Aktaş haqqında kiçik araşdırma apardığımız zaman məlum oldu ki, “xanım” öz facebook hesabında Azərbaycanı və azərbaycanlıları ən ağır sözlərlə təhqir edən paylaşımlar edir. Guya ki, ölkəmizdə heyvan haqları pozulur, ev heyvanlarına işgəncə olunur. Qeyd edək ki, həmin paylaşımlara bir qrup insan tərəfindən böhtan dolu, qərəzli rəylər bildirilir. Həmin istifadəçilərin sosial şəbəkələrdəki hesablarına nəzər salarkən kifayət qədər ermənilərə rast gəlinir. Nural Aktaşın özünün də erməni olması istisna olunmur. Həmin şəxslərin şərhlərində millətimiz vəhşi, qansız və qatil kimi təqdim olunur. Açıq-aşkar görünür ki, bunların məqsədi iki qardaş ölkə arasında olan isti münasibətlərə kölgə salmaqdan ibarətdir. Ermənipərəst “xanımın” millətimizə qarşı düşmən və qərəzli mövqeyi Türkiyədə yaşayan həmvətənlərimizi və Türkiyə ictimaiyyətinin tanınmış şəxslərini də narahat edir. Bİr qrup həmvətənimiz və Türkiyənin ictimaiyyət nümayəndələri Nural Aktaş və qarayaxma kompaniyasında iştirak edən digər şəxslər haqqında hüquq mühafizə orqanlarına müraciət etmişdir.
İttihamlara cavab verən sahibsiz heyvanların mühafizəsini həyata keçirən IDEA Heyvanlara Qayğı Mərkəzinin rəhbəri Surxay Şükürov saytımıza verdiyi açıqlamada bildirib ki, “Bakı şəhərinin Qaradağ rayonunda inşa olunan mərkəzimiz 10 noyabr 2016-cı il tarixində heyvanları müdafiə təşkilatları və heyvansevər vətəndaşların iştirakı ilə fəaliyyətə başlamışdır. Mərkəzdə heyvanların müayinə və müalicəsi üçün yüksək səviyyəli avadanlıqlarla təchiz olunmuş müasir klinika, heyvan mehmanxanası, müxtəlif təlimlər və tədbirlərin keçirilməsi üçün təlim mərkəzi, himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və heyvanların daimi və müvəqqəti məskunlaşması üçün böyük sığınacaqlar istifadəyə verilmişdir. Azərbaycana qarşı qarayaxma kompaniyası aparan həmin şəxslər mərkəzimizə gəlib, mövcud şəraitlə tanış ola bilərlər.

Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidi

Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidi

Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidi

Azərbaycanda qətliyam var” deyən Türkiyə vətəndaşına rəsmi cavab verilidi

İnterpress.az