ABŞ UNESСO-dan çıxdıbackend

ABŞ UNESСO-dan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

Öz növbəsində, İ. Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.

Qeyd edək ki, Fələstin 2011-ci ildə UNESCO-ya tamhüquqlu üzv qəbul olunub. ABŞ buna etiraz olaraq UNESCO-nun maliyyələşdirilməsini dayandırıb.

2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur \”Əl-Aksa\” məscidinə (\”Məbəd dağı\”) aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.

ABŞ-ın UNESCO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.

ABŞ-ın \”Foreigh Policy\” nəşri bir neçə gün əvvəl ABŞ-ın antiisrail qətnamələrinə etiraz olaraq UNESCO-dan çıxacağını elan edəcəyini yazmışdı.

İnterpress.az