“Rəsul Quliyev və Hüseyn Abdullayevin başı eyni cür işləyir”backend

“Rəsul Quliyev və Hüseyn Abdullayevin başı eyni cür işləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, deputat “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən şəxslərin seçkilərlə bağlı nə isə fikir söyləməsi ciddi qəbul edilmir:

“Hüseyn Abdullayev partiya sədri deyil, sıravi vətəndaşdır. İndi o nə isə deyirsə, jurnalistlər bunu nə üçün tirajlamalıdır? Sabah istənilən bir adam prezidentliyə namizəd olacağını elan edə bilər. O zaman nə dəyişəcək? Azərbaycan xalqı hər kəsi yaxşı tanıyır. Ancaq bu o demək deyil ki, hər tanınan adam gəlib prezident olacaq. Xalq bu adamlar kimi, artistləri də yaxşı tanıyır”.
Deputat qeyd edib ki, Hüseyn Abdullayevin seçkilərdə iştirak etməsinə heç kəs mane olmur:

“O da bir vətəndaşdır. Əgər konstition hüququ varsa, gəlib seçkilərdə iştirak edə bilər. Amma konstition hüququ yoxdursa, təbii ki, iştirak edə bilməyəcək.

İstənilən halda bu cür məsələləri tirajlamaq və gündəmə gətirmək düzgün deyil. Bu cür adamlara xüsusi yer ayırmaq olmaz. Bütün bunlar mənasız şeylərdir. İndi hər yerindən duran nə isə deyirsə, onları gündəmə gətirmək doğru olmaz. Kimsə deyir ki, Rəsul Quliyev və Hüseyn Abdullayev eyni mərkəzdən idarə olunur və sairə. Xeyr, onlar heç bir mərkəzdən idarə olunmur. Sadəcə olaraq, onların ikisinin də başı eyni cür işləyir”.

İnterpress.az