Qardaş qardaşı bıçaqladıbackend

Qardaş qardaşı bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan Oqtay Qarayev əməliyyat olunub. Zərərçəkən çoxlu qan itirsə də, həkimlər onun həyatını xilas edə biliblər. Buna baxmayaraq, yaralının vəziyyəti ağır olaraq qalır.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. ( apa )

İnterpress.az