Fransadan İran həmləsi: Macron İrana gedirbackend

Fransadan İran həmləsi: Macron İrana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Fransanın Prezidenti Emmanuel Macronun İranı ziyarət edəcəyi açıqlanıb. Yelisey Sarayından edilən açıqlamada Macronun ABŞ Prezidenti Donald Trumpın nüvə sazişi ləğv edəcəyi açıqlamasının ardından telefonda görüşdüyü İranlı həmkarı Həsən Ruhaniyə Fransanın 2015-də imzalanan nüvə müqaviləyə sadiqliyini qoruyub saxladığını dediyi bildirildi.

Elyseeden edilən bəyanatda \”Prezident Ruhaninin dəvəti ilə İran səfəri gündəmə alınıb\” deyilərkən İran Prezidentinin rəsmi veb saytında yer alan məlumatda səfərin gələn il baş tutacağı bildirilib.

Görüşdə Macron ABŞ-ın qərarının \”İran nüvə sazişinin sonunu gətirməyəcəyini və Fransa ilə Avropalı tərəfdaşların öz öhdəliklərini yerinə yetirməyi davam etdirəcəklərini\” dilə gətirərkən Ruhaninin isə İranın da \”öz öhdəliklərini yerinə yetirməyi davam etdirəcəyi\” təminatını verdiyi ifadə edilir.
Macronun həmçinin İranla Tehranın balistik raket proqramı və regionda sabitlik, o cümlədən digər strateji məsələlərdə də dialoq qurmaq istədiklərini və \”Suriya böhranının siyasi həll olunması üçün İranla birlikdə çalışmaq istədiklərini\” dilə gətirdiyi qeyd edilir.

Macronun səfəri, 1976-dan bu yana Fransız liderin ilk İran səfəri olacaq.

İnterpress.az