Səudiyyə Ərəbistanından Trumpa dəstəkbackend

Səudiyyə Ərəbistanından Trumpa dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın dünən gecə açıqladığı yeni İran strategiyasına Səudiyyə Ərəbistanından dəstək gəldi. Səudiyyə Ərəbistanı Krallığı, cənab ABŞ Prezidentinin dilə gətirdiyi arzu edilən hədəflərin reallaşması məqsədilə, ABŞ və beynəlxalq cəmiyyətdəki tərəfdaşları ilə əməkdaşlığı davam etdirməkdə qətiyyətini vurğulamaqda, İran siyasətinin yaratdığı təhlükələrin yalnız nüvə proqramı çərçivəsində deyil, bütün düşmənçilik fəaliyyətlərini ehtiva edən daha geniş bir perspektivlə ələ alınaraq aradan qaldırılması və İranının kütləvi qırğın silahı əldə etməsinə icazə verən bütün yolların əngəllənməsinin əhəmiyyətini təkrarlayır\”.

Qeyd edək ki, ABŞ-ın yeni İran strategiyasını dünən gecə elan edən Trump İnqilab Mühafizəçilərinin sanksiya siyahısına salınacağını və ölkəsinin nüvə müqavilədən çəkiləcəyini bildirib; Sanksiya ilə bağlı İran, Fransa və Rusiya kimi ölkələr tərəfindən tənqid edilmişdi.

İnterpress.az